AQTA-da obyekt sahibləri ilə görüş oldu
Diqqətə çatdırılıb ki, qanunvericiliyə uyğun olaraq yerli məhsullar qida təhlükəsizliyinə dair çıxarış, idxal olunan məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ticarət şəbəkələrinə daxil olmalıdır. Lakin AQTA-nın keçirdiyi monitorinqlər zamanı bu təlimatların, eləcə də məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb.
Bildirilib ki, hər bir ticarət obyektinin sahibi bu təlimata əməl etməlidir. Eyni zamanda qeyd olunub ki, bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır. İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib.
Sonra “Yeyinti məhsulları haqqında” Qanunun tələbləri barədə məlumatlar verilib. Sahibkarların sualları cavablandırılıb.
Azvision.az
Teqlər: AQTA