Nazir bəzi məktəblərin bağlanmasını istəyir

  14 Dekabr 2013    Oxunub : 686
Nazir bəzi məktəblərin bağlanmasını istəyir
“Hər bir təhsil sisteminin gücü onun təhsilində xidmət edən müəllimlərin biliyindən üstün ola bilməz. Bu gün Azərbaycan təhsilində olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir”.

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə hər il məktəblərə çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsil verənlər gəlib.

Nazir qeyd edib ki, hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlinir:

“Bir tərəfdən bunun səbəbi maaşın az olmasından müəllimliyin peşə kimi cəlbediciliyini itirməsi, nəticədə savadlı gənclərin özləri üçün daha perspektivli olan digər ixtisasları seçməsi olubsa, digər səbəb ali təhsil müəssisələrinin müəllim ixtisasına ən aşağı balla qəbul olunma imkanı yaratdığından çox aşağı bilik səviyyəli insanların bu sahəyə axınını stimullaşdırmasıdır. Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrində hazırlanan pedaqoji kadrların sayı onlara olan real tələbatı təxminən 2 dəfə üstələyir. Sistemin nə qədər qeyri-səmərəli çalışdığını aydın görmək olur”.

M.Cabbarov qeyd edib ki, imtahan prosesi nəticəsində müəllimlərin biliklərinə əsaslanaraq vakansiyaların doldurulmasında çətinlik çəkilir.

Bu vəziyyəti dözülməz hesab edən təhsil naziri qeyd edib ki, pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri davamlı aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayır.

Nazir dahaa sonra bildirib ki, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazılıq işləri aparılmalıdır.

Onun sözlərinə görə, üçüncü istiqamət dünya standarlarına uyğun tədrisin maliyyləşdirilməsi sisteminin qurulmasıdır:
“O cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsilin maliyyələşdirmə ssiteminin təkminləşdirilməsi, təhsil müəssisələrində adambaşına maliyyəşdirməyə keçid, təhsilin inkişaf fondunun yaradılması nəzərdə tutulur. Maliyyələşdirmədə əsas yük dövlətin üzərinə düşməmələlidir. Bu yük bütün cəmiyyət, biznes sahələri, valideynlər, bütün fayda götürənlərin üzərinə düşür.Təbii ki, maliyyəşdirmədə əsas rolu dövlət həyata keçirir. Amma beynəlxalq təcrübə göstəririr ki, düzgün yanaşma sahəsində təhsil sahələrinin özünü maliyyələşdirmə sisteminin təsdiqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi təhsil müsbət imkanlar yaradır”.

Sevinc İltifatqızı

Teqlər: