İcazəsiz ov edən şəxslər saxlanılıb

İcazəsiz ov edən şəxslər saxlanılıb
  14 Noyabr 2019    Oxunub:1579
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb və onların ov tüfəngləri müsadirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Azvision.az



Teqlər: Cərimə   ETSN  





Xəbər lenti