Bakıda azyaşlı yanğından xilas edildi

Bakıda azyaşlı yanğından xilas edildi
  15 Noyabr 2019    Oxunub:1482
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Yanğın zamanı evdə olan 1 azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti