Bakıda güclü yanğın: 10 nəfər zəhərlənib

      Bakıda güclü yanğın:    10 nəfər zəhərlənib
  15 Noyabr 2019    Oxunub:2863
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti