Tələbə düzəltdiyi bu gəmini 5 min manata satmadı – FOTO

Tələbə düzəltdiyi bu gəmini 5 min manata satmadı –    FOTO
  15 Noyabr 2019    Oxunub:2658
Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.
Sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.

Qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti