Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb

Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb
  15 Noyabr 2019    Oxunub:1739
Noyabr ayında bir qrup rayon sakini Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti