Balakəndə törədilən qətlin üstü açıldı

Balakəndə törədilən qətlin üstü açıldı
  15 Noyabr 2019    Oxunub:1590
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti