Qadına 15 min pul “atan” dələduz və oğru tutuldu

Qadına 15 min pul “atan” dələduz və oğru tutuldu
  15 Noyabr 2019    Oxunub:2087
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15.000 manatını aldığını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 35 və 36-cı Polis Bölməsinin məkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazaların birindən 940 manat oğurlamaqda şübhəli bilinən S.Pənahov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti