5 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb

5 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb
  15 Noyabr 2019    Oxunub:2307
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Zərdab Rayon Polis Şöbəsinin araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DIN   Narkotik  





Xəbər lenti