Qaradağda yük avtomobili “VAZ”la toqquşub

  17 Noyabr 2019    Oxunub : 1186
Qaradağda yük avtomobili “VAZ”la toqquşub
Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza