Həmkəndlisini ölümlə hədələyən şəxs saxlanıldı

  18 Noyabr 2019    Oxunub : 804
Həmkəndlisini ölümlə hədələyən şəxs saxlanıldı
Noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN