“Mercedes”in vurduğu piyada hadisə yerində ölüb

“Mercedes”in vurduğu piyada hadisə yerində ölüb
  19 Noyabr 2019    Oxunub:1718
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Masazır qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti