Balakəndə narkotik alverçisi tutulub

Balakəndə narkotik alverçisi tutulub
  20 Noyabr 2019    Oxunub:2219
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, əvvəllər də məhkum olunmuş 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq narkotik vasitə olan heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan selofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti