Muzdla işləyənlərin sayı açıqlandı

Muzdla işləyənlərin sayı açıqlandı
  20 Noyabr 2019    Oxunub:3501
Oktyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 milyon 639,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 909,5 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Üçüncü rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 4316 nəfər olub. Onlardan 28,2 faizi tikintidə, 24,7 faizi mədənçıxarma sənayesində, 10,3 faizi emal sənayesində, 8,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,4 faizi təhsil, 4,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 17,5 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,8 saat təşkil edib.

Azvision.az



Teqlər: Muzdlu  





Xəbər lenti