Gürcüstanın Azərbaycana 7 milyona yaxın borcu var

   Gürcüstanın Azərbaycana 7 milyona yaxın borcu var
  21 Noyabr 2019    Oxunub:2150
Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Noyabrın 1-i tarixinə olan məlumata görə, ümumilikdə Gürcüstanın xarici dövlət borcu 5 419 812 milyon ABŞ dollarıdır. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.

Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.

Azvision.az



Teqlər: Gürcüstan   Borc  





Xəbər lenti