Yataqxanada zəhərlənən Həmidənin FOTOLARI

 Yataqxanada zəhərlənən Həmidənin  FOTOLARI
  21 Noyabr 2019    Oxunub:6366
Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub.
Hadisə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, Həmidə İbadova "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin üzvü və ictimai fəal gənclərdən biridir.

Zəhərlənən tələbə qızın fotolarını təqdim edirik:








Azvision.az


Teqlər: BDU   Zəhərlənmə  





Xəbər lenti