Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Masallı rayon sakini F.Əliyevdən lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmirvan kənd sakini A.Vəliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Azvision.az Teqlər: DİN