Vətəndaşı evdən çıxarmaq üçün FHN çağırıldı

  21 Noyabr 2019    Oxunub : 998
Vətəndaşı evdən çıxarmaq üçün FHN çağırıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı xərəklə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən aşağı endirilərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN