“Regionlararası inkişaf əməkdaşlığımızın prioritet sahəsidir” - Nazir

  22 Noyabr 2019    Oxunub : 979
“Regionlararası inkişaf əməkdaşlığımızın prioritet sahəsidir” - Nazir
“Azərbaycan və Rusiya bölgələri arasında qarşılıqlı əlaqələrin inkişafı əməkdaşlığımızın prioritet sahəsidir”.
Azvision.az xəbər verir ki, bunu Moskvada X Azərbaycan- Rusiya regionlararası forumunun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqələrə malikdir. İki ölkənin prezidentləri bu formata böyük əhəmiyyət verirlər. Dövlət başçılarının keçən il Bakıda forumda iştirakı bunun ən yaxşı təsdiqidir.

Qeyd edək ki, X Azərbaycan-Rusiya regionlararası forumu bu gün və sabah davam edəcək. Forumda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MikayılCabbarov   İqtisadiyyat-Naziri