Kürdəmirdə 3 otaqlı ev külə döndü

  22 Noyabr 2019    Oxunub : 967
Kürdəmirdə 3 otaqlı ev külə döndü
Kürdəmir rayonunun Böyük Kəngərli kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, evə bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN