Rusiyada iki uşaq yanaraq ölüb

  23 Noyabr 2019    Oxunub : 912
Rusiyada iki uşaq yanaraq ölüb
Rusiyada fərdi evdə baş verən yanğın zamanı üç nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS”a Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Xakasiyanın Askiz rayonundakı fərdi evdə baş verən yanğınla bağlı məlumat FHN-nin regional bölməsinə saat 22:46-da (Bakı vaxtı ilə 19:46) daxil olub. Dərha hadisə yerinə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb edilib. Yanğın 1,5 saatdan sonra söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı 42 yaşlı kişi və iki azyaşlı uşağın meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: FHN   Yanğın