Ağdamda maşın aşıb, iki qadın yaralanıb

Ağdamda maşın aşıb, iki qadın yaralanıb
  23 Noyabr 2019    Oxunub:2413
Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, dünən axşam saatlarında “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Səbinə Abdullazadə və Aygün Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Ağdam   Qəza  





Xəbər lenti