Bakıda narkotik alverçisi saxlanılıb

Bakıda narkotik alverçisi saxlanılıb
  23 Noyabr 2019    Oxunub:1689
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 69 qrama yaxın heroin və 38 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti