Oğurladığı televizoru qəsdən yandırdı

Oğurladığı televizoru qəsdən yandırdı
  23 Noyabr 2019    Oxunub:1810
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zabrat qəsəbəsi ərazisindəki emalatxanalardan birindən qaynaq aparatı və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Məlikov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun daha bir evdən televizor oğurlaması, sonradan oranı qəsdən yandırması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti