Biləsuvardakı qəza ilə bağlı rəsmi məlumat

  23 Noyabr 2019    Oxunub : 918
Biləsuvardakı qəza ilə bağlı rəsmi məlumat
Noyabrın 22-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Culfa rayon sakini Yavər Kələntərov idarə etdiyi “DAF” markalı avtomobili aşırıb və sonradan qoşqusundakı yanacaq çənində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN