Bu il ölkəyə 35 mindən çox avtomobil idxal olunub

  23 Noyabr 2019    Oxunub : 966
Bu il ölkəyə 35 mindən çox avtomobil idxal olunub
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 35 min 457 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 441-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 31 min 934-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2934-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 148-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az

Teqlər: Avtomobil   İdxal