Tərtərdə yol qəzası - Maşın parçalandı, 2 nəfər öldü

    Tərtərdə yol qəzası    - Maşın parçalandı, 2 nəfər öldü
  24 Noyabr 2019    Oxunub:3355
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumata görə, rayonun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. 

Qəza nəticəsində sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Tərtər   Qəza   Maşın  





Xəbər lenti