Samuxda dülgər sexi yandı

  24 Noyabr 2019    Oxunub : 1072
Samuxda dülgər sexi yandı
Samux rayonunda ümumi sahəsi 120 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan dəzgah və avadanlıqlar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın