Bakıda yanğın, 5 nəfər təxliyə edilib

Bakıda yanğın, 5 nəfər təxliyə edilib
  25 Noyabr 2019    Oxunub:1791
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti