Qanunsuz dərmanlar satan aptek müdiri saxlanılıb

  25 Noyabr 2019    Oxunub : 1255
Qanunsuz dərmanlar satan aptek müdiri saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.
​DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.



Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb. ​Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: Dərman   DİN