Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  25 Noyabr 2019    Oxunub:1884
Yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti