Cəlilabad sakini özünü güllələyib

Cəlilabad sakini özünü güllələyib
  25 Noyabr 2019    Oxunub:1844
Noyabrın 24-də saat 23 radələrində Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən O.Sadıqovun vəziyyəti orta-ağırdır.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti