İki piyada yol qəzasında öldü

İki piyada yol qəzasında öldü
  25 Noyabr 2019    Oxunub:1909
Noyabrın 24-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini M.Hüseynov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Məmmədağa Gülməmmədovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Digər hadisə noyabrın 24-də saat 21 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində baş verib.

Belə ki, Tərtər rayon sakini S.Nuriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rauf Həsənovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti