Gəncə və Salyanda evdən kişi meyiti tapılıb

Gəncə və Salyanda evdən kişi meyiti tapılıb
  25 Noyabr 2019    Oxunub:2276
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Zeynalov Əlifağa Səfəralı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mənzil   Salyan  





Xəbər lenti