Mingəçevirdə yolu keçən qadını maşın vurub

Mingəçevirdə yolu keçən qadını maşın vurub
  26 Noyabr 2019    Oxunub:2467
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, ”Ford” markalı yük avtomobili piyada keçidində gözləyən “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Opel” markalı avtomobil yolu keçən şəhər sakini Mustafayeva Jalə Muğdət qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Maşın   Piyada   Qəza  





Xəbər lenti