Üç piyadanı maşın vuraraq öldürüb

  26 Noyabr 2019    Oxunub : 1220
Üç piyadanı maşın vuraraq öldürüb
Noyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində Corat qəsəbə sakini S.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, anoloji hadisə paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində də baş verib.

Belə ki, Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa noyabrın 25-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Axundovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Piyada   DİN