Sərxoş kişi silah çıxardı, havaya atəş açdı

Sərxoş kişi silah çıxardı, havaya atəş açdı
  26 Noyabr 2019    Oxunub:2927
Noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti