Bıçaqla hədələyib telefonunu aldılar

Bıçaqla hədələyib telefonunu aldılar
  27 Noyabr 2019    Oxunub:1797
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Ağayev noyabrın 22-də Təbriz küçəsində bir nəfərin onu bıçaqla hədələyərək mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini İ.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti