Sürücü törətdiyi qəzada öldü

  27 Noyabr 2019    Oxunub : 863
Sürücü törətdiyi qəzada öldü
Noyabrın 26-da saat 18 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi “VAZ-21104” markalı avtomobili qarşıda gedən həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN