Sabunçu bazarında yanğın olub

  27 Noyabr 2019    Oxunub : 957
Sabunçu bazarında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Yanğın   Bazar