Şamaxıda qəza 100-dək evi qazsız qoydu

Şamaxıda qəza 100-dək evi qazsız qoydu
  28 Noyabr 2019    Oxunub:2044
Gecə saatlarında Şamaxı rayonunun Sabir qəsəbəsində baş verən avtomobil qəzası zamanı qaz tənzimləyicisi vurularaq yararsız hala salınıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, nəticədə 100-dək abonentin təbii qaz təchizatında fasilə yaranıb.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti