Oğurluğa görə tutuldu, başqa cinayəti üzə çıxdı

Oğurluğa görə tutuldu, başqa cinayəti üzə çıxdı
  28 Noyabr 2019    Oxunub:1636
Bakıda köşklərin birindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB və 29-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 700 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun oyun zallarının birindən 9 ədəd oyun aparatı oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti