İki maşından narkotik çıxdı

İki maşından narkotik çıxdı
  28 Noyabr 2019    Oxunub:2675
Oğuz RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz kənd sakini K.Zakirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 10 qrama yaxın, idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə 440 qram marixuana aşkar edilərək götürülüb.

Eyni zamanda Sumqayıt ŞPİ DYPŞ və 4-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini R.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan çəkisi 320 qram olan marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti