AQTA-dan sahibkarlara müraciət
Azərbaycanın aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir.
Pomidor lağımlayıcı güvəsi pomidora ziyan vurmaqla yanaşı badımcan, bibər, lobya və s. bitkilərə də zərər vurmaqla onların keyfiyyətini və məhsuldarlığını aşağı salır. Zərərverici güvəyə qarşı aqrotexniki, bioloji, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Müasir dövrdə tez və daha səmərəli nəticələrin alınması üçün fumiqasiya tədbirlərinə üstünlük verilir.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək ölkəmizdə pomidor məhsulunun istehsal və ixrac potensialının aşağı düşməməsi, ixrac olunan yüklərdə zərərli orqanizmlər aşkar edilərək yüklərin geri qaytarılmaması, ən başlıcası, respublikamızın imicinə zərər gəlməməsi üçün qeyd olunan məsələlərə əhəmiyyət verməyə, məhsul becərilən ərazilərdə vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsinə nəzarət etməyini xahiş edir.
Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün agentliyin 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 231, 239) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Azvision.az
Teqlər: AQTA