Polisin saxladığı şəxs özünü şöbədə doğradı

  28 Noyabr 2019    Oxunub : 1067
Polisin saxladığı şəxs özünü şöbədə doğradı
Bakıda ictimai asayişi pozan şəxs tutulub.
Azvision.az xəbər verir ki, noyabrın 26-da saat 23 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində Ağcabədi rayon sakini, əvvəllər soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinə görə məhkum olunmuş F.Həsənov ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan 1 ədəd bıçaq aşkar edilərək götürülmüş və sərxoş halda olması müəyyən edilib.

Şöbədə F.Həsənov ağzında gizlətdiyi lezviya ilə özünün sağ qol nahiyəsinə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən həkim briqadası çağırılıb və ona zəruri tibbi yardım göstərilib.

Toplanmış material Sabunçu rayon prokurorluğuna göndərilib.

Azvision.az

Teqlər: DİN