Partlayışda yaralanan qadının vəziyyəti orta-ağırdır

  28 Noyabr 2019    Oxunub : 979
Partlayışda yaralanan qadının vəziyyəti orta-ağırdır
Şəkidə çörək sexində baş vermiş partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta-ağırdır.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki rayon xəstəxanasına çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, hazırda müalicəsi davam edir.

Azvision.az

Teqlər: Şəki