DİN: Cinayət törədən 50 nəfər saxlanılıb

   DİN:  Cinayət törədən 50 nəfər saxlanılıb
  29 Noyabr 2019    Oxunub:3047
2019-cu il noyabr ayının 28-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti