Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  29 Noyabr 2019    Oxunub:2657
Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Azvision.az xəbə verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumata görə, noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şossesində paytaxt sakini 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi “Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurması nəticəsində aldığı xəsarətlərdən sonuncunun vəfat etməsi, Malik Məmmədovun isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Baş-Prokurorluq   Qəza  





Xəbər lenti