Şirvanda 8 aylıq körpə küçəyə atılıb

 Şirvanda 8 aylıq körpə küçəyə atılıb
  29 Noyabr 2019    Oxunub:2948
Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.
Səhiyyə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb.

Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər. Faktla əlqədar müvafiq qurumlara məlumat verilib.

Azvision.az


Teqlər: Səhiyyə   Uşaq  





Xəbər lenti